Montaj

Montaj

Konstruktiv elementlər

Unimur montaj sistemi – konstruksiyanı yalnız divara quraşdırmağa imkan verir. Arka variantında isə plonka arka və əyrixətli divarlarda istənilən tərtibə imkan verir.Estetik işləmə zamanı gərgin tavanla divar tili arasında cəmi 4mm uzunluğu endə dəlik qalır
LU 01 düz unimur montaj plonkası- uz 2,5 pm
LU 02 arkalar üçün unimur montaj plonkası - uz 2,5pm
LU 03 arkalar üçün unimur montaj plonkası - uz 2,5pm
Universal montaj sistemi- konstruktiv göstərişlərə əsasən konstruksiyaları tavan və ya divara istənilən formada quraşdırmağa,həmçinin 50m2 -dən artıq səthləri quraşdırmağa imkan verən ayrı-ayrı (separat) birləşmələri yaratmağa imkan verir .Estetik işləmə divarla tavan arasında dəlikləri əlavə olaraq örtən ağ rəngli (maskalama plonkalarından) (onları istənilən rəngə boyamaq olar) istifadəyə də imkan verir.

DPS dartma tavanları

DPS tavan örtüyü mövcud dartma tavanlar sistemi ilə müqayisədə bir yenilikdir.Onun əsas təyinatı yüksək məkanların alçaldılması, tavanda olan avadanlıqların maskalanması, məkanı su basmasından,səsdən təcrid etmək və həmçinin istinin itirilməsindən müdafiə etməkdir.Dartma tavanların əsas funksiyalarından biri də strop səthlərinin hamarlanması yaranmış çatlar, şişlər və ya mexaniki zədələrin maskalanması yolu ilə plastik və memarlıq imkanlarının artırılmasıdır.

DPS tavanları dekorativ element kimi istifadə olunaraq güclü təsir bağışlayır və yeni növ məkan yaradır.Mükəmməl dərəcədə hamar, məkanın ölçüsünə əsasən hazırlanmış deformasiyaya davamlı bu tavanlar seçilmiş rənglərdən ibarət olur və ideal şüşə tək hamar təbəqə effekti yaradır. Güzgü quruluşlu örtükdən istifadə zamanı əlavə olaraq məkan optik şəkildə böyüdülür. Dartma tavanlar mövcud məkanı tez və təmiz şəkildə dəyişməyə imkan verir.Bu tavanların istənilən formasının istifadəsi çox sadədir.Bu tavanlar möhkəmdir və onları yeniləməyə və rəngləməyə ehtiyac yoxdur.

Hər bir yaradılan tavan ölçüsünə rənginə və formasına görə təkrarolunmazdır. Sifariş olunmuş örtük fərdi sifarişə əsasən konkret ölçüdə hazırlanır. DPS tavan örtüyü çox yüngüldür və buna görə də mövcud stroplara ağırlıq salmır və tavanın montajına ehtiyac olduğu zaman damın konstruksiyasının və stropun möhkəmləndirilməsinə ehtiyac yaratmır.Tavanı yalnız divara bərkidilən daşıyıcı konstruksiyaya –montaj plonkasına bərkidilir.Kvadrat metri 0,18-dən 0,2kq/m2 arasında dəyişir.Dartma örtüyün kiçik çəkisi ona əlavə ağırlığa imkan vermir və buna görə də işıq və ventilyasiya kimi əlavə elementlərin montajı elementi azad şəkildə saxlayan asmanın bərkidilməsini tələb edir. Tavan örtüyü divara möhkəmləndirilmiş plonkalarla dartılır.Stropla tavan arasında min məsafə 3,5 sm təşkil edir. Örtüyün səthi 50m2 - ə qədər böyüklükdə hazırlanır.

Tətbiq -istehlakçı

DPS tavanlarının istifadəsi çoxşaxəlidir və məkanı montaja hazırlamaq üçün əlavə heç bir iş tələb etmir. Biz mənzilimizdə,büroda,mehmanxana restoranında təmir aparmağa məcbur olan zaman işdə fasilə zərurəti yaranır ki, bu da öz növbəsində maliyyə xərclərinə səbəb olur. Bu yeniliyi tətbiq edərək təmirə tamam başqa cür,başqa məkanda işləri istisna etməməklə bir neçə saatlıq fasilə kimi yanaşmaq olar.DPS tavanları evlərdə ideal görünür,vanna otaqlarında istilik və rahatlıq hissi bağışlayır. Alçaq stroplu mənzillərdə ideal vasitə dartma tavanların güzgü variantıdır,belə ki, onlar ideal şəkildə hamardır və onun güzgü əksi otağı optik şəkildə böyüdərək,hündür göstərir.

Vanna otaqları və hovuzlar kimi yüksək nəmişli məkanlarda təcrit etmə xüsusiyyətinə malik dartma falqadan istifadə düzgün seçimdir. Bu tavanları tam təmizlik və sterillik tələb olunan yerlərdə: əczaçılıq zavodlarında ,məhsulların emal sənayesində, xəstəxanalarda, kimya laboratoriyalarında və cərahiyyə xəstəxanalarında istifadə etmək olar. Tavan örtüyünün kiçik çəkisi böyük idman zallarında, vağzallarda və dəmiryol vağzallarında stropların tikilməsi zamanı əlavə imkanlar yaradır.Strop və dam konstruksiyalarının ağırlığının kiçik olmasını nəzərə aldıqda məkanın rekonstruksiyasını əlavə investisiyalarısız həyata keçirmək mümkündür.

Tətbiqi:

• Banklar
• Üzgüçülük hovuzları
• Büro
• Əməliyyat zalları
• Diskotekalar
• Həkim kabinetləri
• Bioloji yenilik kabinetlər
• Qalereyalar
• Fabrika zalları
• Mehmanxanalar
• Laboratoriyalar
• Anbarlar
• Şəxsi mənzillər
• Muzeylər
• Reabilitasiya mərkəzləri
• Restoranlar
• Konferensiya zalları
• Satış zalları
• Mağazalar
• Məktəblər
• Xəstəxanalar

Montaj ləvazimatları

Tavanın montajı adi xorrat aə dekorativ ləvazimatlar ilə həyata keçirilmir.Montaj prosesi zamanı xüsusi ləvazimatlardan istifadə olunur.

Bunlara aiddir:

-qısa montaj kürəkciyi
-uzun montaj kürəkciyi
-buynuzvari montaj kürəkciyi
-tutan kəlbətinlər
-propan butanlı qaz isidiciləri

Örtüyün montajına yalnız 2 nəfərdən ibarət servis işçi lazımdır.(kiçik tavanların daha doğrusu 25m2-ə qədər olan tavanların montajına əlavə güc lazım olmur)

Realizasiyaya hazırlıq

Məkanın hazırlanması:
DPS tavanın montajı üçün nəzərdə tutulmuş məkanda ilk növbədə montaj olunacaq divarın səthinə,xüsusən də hündürlüyünə diqqət yetirmək lazımdır.Əgər divarın səthində işləmə (suvaq,divar kağızı və ya boyalarına )tamamlanmamışsa və ya onun səthində əyrilik varsa işə başlamaq faydasızdır.Bu halda lazımi düzəlişlər etmək lazımdır,çünki ideal düz tavanın əsas konstruksiyasının montajı zamanı mümkün çatışmamazlıqlar gözlənilən optik effekti yaratmayacaq.Tavanın ölçülməsinə məkanın formasını çertyojunun çəkilməsindən başlamaq lazımdır.

Şəkil a

Hazırlanmış şəkildə sol tərəfdə ən aşağı yerləşən küncdən başlayaraq bütün küncləri işarələmək lazımdır və onlar saat əqrəbinin hərəkəti istiqamətində alfabit işarələrlə işarələnir.Ölçmənin növbəti mərhələsi isə tavanın diaqonallarının eskizdə çəkilməsidir,lakin elə bir şəkildə ki,hər bir yeni diaqonal üçbucaq yaratsın.

Şəkil b

Əyri və ya arkaşəkilli divarlarda isə bu kəsiyi (parçanı)bölmək və hər 20sm- dən-50sm- ə qədər işarələmək lazımdır.Sonra hər yeni işarələnmiş nöqtəni 2 ən yaxın künclə diaqonallar vasitəsilə birləşdirmək lazımdır.Arkanın müxtəlif məsafələrdə bölgüsü onun diametrilə proporsionaldır. Divarın daha çox əyrixətliliyi zamanı əlavə ölçü nöqtələrindən daha tez-tez istifadə etmək lazımdır.

Şəkil c

Növbəti mərhələ isə ölçü xətti boyu santimetrlə ölçünün aparılmasıdır.

Şəkil d

Ölçmə mərhələsini o zaman həyata keçirmək olar ki, təmir olunacaq məkanın divarlarının ümumi şəkli dəyişməz qalsın.Ölçməni qoşa həyata keçirmək lazımdır .Bu zaman dartılmaz ölçü lentlərdən istifadə etmək və santimetrə qədər olmaq lazımdır.

Tavanın gərilməsi

Dörd xarici küncün (mövcud bütün) bərkidilməsindən sonra montajını saxlayacağımız xarici künclər istisna olmaqla.

Şəkil a

Dartma tavanın gərilməsi pozşəkilli ox montaj plonkasının tam yerləşdiriləndə tamamlanır.50m2-ə qədər olan tavanlarda örtüyün daşıyıcı konstruksiyanın karkasına dartma əməliyyatı 15 dəqiqəyə yaxın davam edir,amma mürəkkəb formalarda örtük dartılır,lakin 30 diqiqədən artıq davam etmir. Yaradılmış yüksək temperatur yalnız ilk mərhələdə yəni örtüyün künclərinə dartılıb bərkidilməsi zamanı lazımdır,tavanın dartılması zamanı isə temperatur məkanın normal temperaturuna qədər enə bilər.DPS tavanın son yekun formasına düşməsi isə avtomatik baş verir. Hazırlanmış tavan öz forma və seçilmiş rənginə görə 2- 15% kiçilmişdir.Tavanın hazırlandığı folqa yüksək temperaturun nəticəsində genəlir və ona görə də onu dartmaq olur.Örtüyün montajı zamanı məkanın temperatur əvvəlki dərəcəsinə çatır və tavan öz əvvəlki formasına qayıdır və gərilir. Fioliant örtüyünün xarakterik cəhəti onun struktur yaddaşının olmasıdır,yəni material öz ilkin formasına qayıda bilir.

Şəkil b

Şəkil y Bir tavan müştərisinin səthinin maksimal ölçüsü 50m2- ə (7m x 7m)bərabər olur.Bu zaman əyilmə oxu gözlə görünməz olur.Səthi 50m2- dən çox olan yerlərdə isə ayrı-ayrı kiçik örtüklərdən istifadə olunur.

İşıqlandırma və ventilyasiyanın montajı

İşıqlandırma üçün asılan bütün elementlər əsas proyektə uyğun olaraq alışmayan materiallardan hazırlanmışdırlar. Asmanın elementini möhkəmləndiriləcək işığın ölçü və formasına uyğunlaşdırmaq lazımdır.Tavanı gərməzdən öncə uyğun yerdə asma (podves)elementi -10mm qalınlığında olan K çarxlı sink qatlı taxtopuş dəmir olan layı bərkitmək lazımdır.

Beləcə hazırlanmış asma tavan örtüyü gərilənə qədər saxlanılır və işıqlandırma elementlərinin quraşdırıldığı yerdə lepeşkanın diametrindən də kiçik 10 mm diametrində dəlik açılır. Örtüyün qalan hissəsi yuxarı qatlanır və qarxma yapışdırılır. İşıqlandırma armaturunun quraşdırılmasından öncə tavan örtüyü ilə lampa arasında folqanın işıqlandırma mənbəyindən həddən çox qızmasından qoruyan termik lepeşka yerləşdirilməlidir.Ventilyasiya şəbəkələrinin anemastatlarının və yanğın əleyhinə ötürücülərin montajı da eynilə həyata keçirilir.

Lüstr və jalüzlərin montajı

Elementlərin quraşdırılmasının əsas məğzi-gərilmiş tavan örtüyündə montaj elementinin ölçüsünə əsasən dəlik açmaqla,tavanın səthindən jalyüz və ya asma lampa tutan əlavə konstruksiyalara azad çıxışın saxlanılmasıdır.

Məhsulun parametrləri:

Texnik əlamətləri:

Komplekt tavan:
Komplekt tavanı:
Tavanın ölçüsü:
sifariş üzrə müxtəlif ölçülü Rəngləri – 50 rəng Faktur :
tutqun/satin/güzgü Davamlılıq :
60 kq/m2 Divara təzyiqi:
10kq/pm Klasifikasiya :
odİİB – alovlanmayan ,
ləkə düşməz,qopmaz

Tavan örtüyü

Xarakterik xüsusiyyətləri:

• Su keçirməyən
• Antistatik
• Toz keçirməyən
• Zəlzələyə davamlı
• Tamamilə yuyulan
• Dezinfeksiya edilməsi
• Oda davamlı
• Kütləsi:0,17- 0,20 kq/m2

Daşıyıcı konstruksiya

• Görünməyən,250 mm ölçüdə aliminium montaj plonkaları
• Daşıyıcı konstruksiyanın kütləsi LU01-0,33kq/pm İşləmə.
• Zərər 4 mm
• Plonka ilə maskalanmış zərər
• Dekorativ karniz

DPS dartma tavanlarının qİymətləndiriİlməsinin xülasəsi

Estetika
- dartma tavanları tətbiq etməklə asan və tez mövcud stropun
– malanın çatlaması,şişməsi, iri paneli konstruksiyaların hərəkəti zamanı yaranan zədələri gizlətmək kimi çatışmamazlıqları örtmək,həmçinin işıq ventilyasiya ,kompyuter kimi stropaltı quğuları maskalamaq olar.

Materialın rəng və quruluşu
- tavan örtüyünün rəng imkanları praktik olaraq qeyri məhduddur,lakin marketinq nöqteyi
- nəzərindən və daimi əldə olunan rənglərin müəyyənləşdirilməsinin vacibliyini nəzərə alaraq rənglərin sayı 50-yə bərabərdir.Daim dəyişən memarlıq üslubu və dəb təqdim olunan rənglər qammasının dəyişməsini (yeniləşməsini)tələb edir.Plastik və memarlıq effektinin əlavə differensasiyası 3 formada olan folqanın qurluşunda biruzə olunur.
Bu formalar aşağıdakılardır:

Tutqun - material dənəvərlənmiş səthə bənzəyən materialın quruluşunda zərif ştamplamaya malikdir.
Satin - material tamamilə hamar və yüngülcə parıltılıdır.
Güzgü - material hamardır və güzgü əksinə malik bənzər əksə malikdir.
Forma - folqadan tavan quraşdıran zaman,düz və hamar,döşəməyə nəzərən şaquli və üfiqi səthlər almaq olar.Dartma tavanların montajı zamanı alınan formalar qeyri-məhduddur və bu kimi bir çox formaları var. Layihələşdirilmiş tavanların istənilən formalarının formalaşdırılması örtüyün çəkildiyi konstruktiv plonkaların sistemi vasitəsilə baş verir,yəni tavanın formalaşdırılması örtüyü dartan profillərin kompozisiyası və quraşdırılmasından asılıdır.
Sterillik - istənilən məkanda quraşdırılmış DPS dartma tavanlarının xüsusi konservasiyaya ehtiyacı yoxdur və normal istifadə şəraitində ona 5-7 ildən bir təmizləmək lazımdır.Onun ideal vəziyyətdə saxlanması çox asanddır və xüsusi təmizləmə vasitə və üsullarına ehtiyac yoxdur. Onun təmizlənməsi su və sadə yağsızlaşdırılmış kimyəvi vasitələrlə həyata keçirilir, lakin yüksək təmizlik tələb olunan xüsusi hallarda su buxarı, xlor və trixlordan istifadə etmək olar.Böyük yüksəklikdə və əlçatmaz yerlərdə tavan səthinin təmizlənməsi karsher ləvazimatları vasitəsilə həyata keçirilir.
Su buraxmama - DPS tavanın hazırlandığı folqa 100% rütubətdən qoruyur. Tavan ikili şəkildə müdafiə edir: 1. Damların konstruksiyasını məkanın daxilindən effektiv müdafiə edir.Bu buxardan və korroziyadan təcrid olunmağa ehtiyac olan yerlərdə:üzgüçülük hovuzlarında və idman zallarında vacibdir. 2. Rütubət və suyun xaricə çıxmasına imkan vermir və məkanın dekorunu su basmasından və rütubətdən qoruyur.Xarici izolyasiyaya qaldıqda isə folqadan istifadənin maraqlı üstünlüyü onun genəlməməsidir ki, bu da onun su qəzalarına az həssas olmasını göstərir.Əgər dartma tavan olan məkanı su basarsa örtük su axınını öz üzərinə götürür və onu öz səthində saxlayır.Bu hadisə qabarmanı xatırladır,tavan isə genəlir və sallanır.Yaranmış qəzanı aradan qaldırmaq üçün məkan konversiya tətbiq etmədən yığılmış suyu işıqlandırma dəliklərindən və ya tavanın bir kənarının dartılıb açılması yolu ilə suyu oradan çəkmək lazımdır.Tavan örtüyünün öz əvvəlki formasını alması üçün onu qızdırmaq lazımdır və o öz ilkin formasına qayıdacaq. ? Antistatiklik-istehsal zamanı və konteksion məmulatların istehsalı zamanı tavanın səthi toz dənəciklərinin səthə çökməsindən qoruyur .Bu tavanın müsbət cəhətlərindən biri də onun səthinin su buxarı kondensasiya etməməsidir.Bu xüsusiyyətinə görə vanna otaqlarında, hovuzlarda və mətbəxlərdə ideal seçimdir. Onun antistatikliyi və hiqroskopikliyi onu kompyuter zallarında kommutatorların işlədikləri məkanlarda əməliyyat zallarında və prosedura otaqlarında tətbiq etməyə imkan verir.
Akustika - tavan örtüyü səs dalğalarının rezonansı və ya səsi boğma yolu ilə akustik üstünlükləri azaltmır,lakin yüksək parametrlər əldə etmək üçün əlavə materiallar da tətbiq etmək lazımdır.
Termik sədd - DPS tavanı daxildə hava qatları arasında katalizator rolunu oynayır,lakin bununla belə termik səddin göstəricilərini yaxşılaşdırmaq üçün əlavə materiallardan istifadə olunur.
Montaj - tez və sadədir,təmir olunan məkanda işin dayandırılmasına səbəb olmur.

Təminat kartı

DPS qruppu təminat verir ki, DPS markasına malik və ya bu marka altında satılan tavanın əsas elementlərini təşkil edən məmulatlar material və fabrik deffektlərinə malik deyillər.Hər bir tam hüquqlu DPS satış şəbəkəsindən alınmış həmçinin tam hüquqlu montyor diler tərəfindən quraşdırılmış tavana quraşdırıldığı andan tam hüquqlu quraşdırıcı dilerin yerləşdiyi yerdə təmin edilən 3 il müddətində təminat verilir.Yuxarıda adı çəkilən təminata materialların mexaniki möhkəmliyi də daxildir və quraşdırılmış tavanın rəng və formasının davamlılığına görə 10 il müddətində təminat verilir.Dilerin fəaliyyəti sona çatdıqda təminatı DPS qrupu öz üzərinə götürür. Təminata bütün çatışmamazlıqların pulsuz aradan qaldırılması da daxil olacaq,lakin bu şərtlə ki, tavan əsl təminatın ayrılmaz hissəsi olan istismar təlimatlarına daxil olan göstəriş və əmrlərə əsasən istismar olunub.

Tam hüquqlu quraşdırıcı doldurur

Satış vaxtı:…………………………………….
Rəngi/Materialın quruluşu:………………………..
Tavanın HP-si:………………………………
Alıcı:………………………………………...
Montyorun möhürü

İstismar təlimatları – DPS tavanlarından istifadə və qulluq etmə yollarına aiddir.

Tavan investorun istehlakçı və ya layihəçinin tələb və göstərişlərinə görə gətirilir və montaj olunur /rəngi/quruluşu/forması/ . Tam hüquqlu quraşdırıcı DPS tavanlarının dekoru ilə bağlı bütün işləri, daha doğrusu montaj,işıqlandırma ventilyasiya şəbəkələri anemastatların ,jalüzlərin və s. bu kimi işləri həyata keçirilməsində yeganədir.Bütün bu işlərin qeyri-şəxslər tərəfindən həyata keçirilməsi təminatın itməsi deməkdir.

Təminata elektrik lampalarının dəyişdirilməsi daxil deyil,lakin ehtiyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı yerinə yetirilmişdir.Tavana mexaniki zədə yetirə biləcək əşyaların tavanla kontraktından qorumaq lazımdır. Belə olduğu halda istənilən təmir təminatdan kənar həyata keçirilir.Tavanda qeyri-iradi çat əmələ gələrsə təmir təminat daxilində ediləcək,təmir mümkün olmadıqda tavan tamamilə dəyişdiriləcək.DPS tavanı bərkidildikdən sonra təmirlənəcək və pardaxlanacaqsa (cilalanmaq) və əlavə qulluğa ehtiyac qalmayır.

Tavanı tələbdən asılı olaraq təmizləmək lazımdır və tavan əsasən yumşaq parçayla və su yağsızlaşdırılmış yumşaq vasitələrlə təmizlənir.Bu işlərin tam hüquqlu diler tərəfindən həyata keçirilməsi məsləhət görülür.Xüsusi sterillik tələb olunan məkanlarda (laboratoriya,əməliyyat zalları vəs.)quraşdırılmış DPS tavanları su buxarı və ya DPS-lə razılaşdırılmış kimyəvi vasitələrlə təmizlənə bilər.Yaranmış zədənin səbəbi və onun təmiri üsulları ilə bağlı(təminat daxili və ya təminatdan kənar )mübahisə yaranarsa bu cür ekspertizator etmək və bu mövzuda rəy yazmaq səlahiyyətlərinə məxsus DPS qruppası tərəfindən ekspertiza keçiriləcək.

Biz |